“Araz-Naxçıvan”ın keçmiş baş məşqçisi üçün Avrokubok şərti

7 İyun 2026 15:57
91
“Araz-Naxçıvan”ın keçmiş baş məşqçisi üçün Avrokubok şərti

“Araz-Naxçıvan” futbol klubunun sabiq baş məşqçisi Andrey Demçenko karyerasını yenidən Qazaxıstan Premyer Liqasında davam etdirə bilər.

İdman.Biz “ASnews” nəşrinə istinadən xəbər verir ki, 49 yaşlı ukraynalı mütəxəssisin nümayəndəsi Mamuka Lomidze bir neçə klubla danışıqlar apardıqlarını təsdiqləyib.

O bildirib ki, seçim zamanı əsas şərt iddialı layihənin olmasıdır:

“Biz bir neçə klubla danışıq aparmışıq, amma uyğun variant gözləyirik. Bu, yüksək yerlər uğrunda mübarizə aparmaq və avrokuboklarda çıxış etmək məqsədi olan yaxşı layihə olmalıdır. Heç yerə tələsmirik - vəziyyət açıqdır”.

Qeyd edək ki, Demçenko bir müddət əvvəl “Araz-Naxçıvan”dan ayrılıb. Onun rəhbərlik etdiyi komanda Azərbaycan çempionatını altıncı pillədə başa vurub.

Ukraynalı məşqçi daha əvvəl Qazaxıstanın “Jenis” futbol klubunda çalışıb. Onun rəhbərliyi altında paytaxt təmsilçisi 17 matçda səkkiz qələbə qazanıb, altı dəfə heç-heçə edib və üç məğlubiyyət alıb.

İdman.Biz