“Şamaxı” futbol klubu yeni mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində çalışmalarını davam etdirir.
İdman.Biz xəbər verir ki, bölgə təmsilçisi futbolçusu Həbib İsmayılovla yeni müqavilə imzalayıb.
Anlaşmaya əsasən, İsmayılov növbəti iki mövsümdə də “Şamaxı”nın formasını geyinəcək.
Qeyd edək ki, “Şamaxı” Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünü 38 xalla səkkizinci pillədə başa vurub. Komandanın aktivində doqquz qələbə, 11 heç-heçə və 13 məğlubiyyət var.
