“Barselona” futbol klubu “Atletiko” üzərində qazandığı qələbədən sonra La Liqada liderliyini möhkəmləndirib.
İdman.Biz xəbər verir ki, kataloniyalılar “Real”ın “Malyorka”ya 1:2 hesablı gözlənilməz məğlubiyyətindən maksimum yararlanıblar. Onlar özləri də “Atletiko”nu eyni hesabla üstələyərək əsas rəqibləri ilə xal fərqini yeddiyə çatdırıblar. Hazırda “Barselona”nın 76, “Real”ın isə 69 xalı var.
“Opta” nəşrinin məlumatına görə, La Liqa tarixində 30 turdan sonra liderdən yeddi və ya daha çox xal geri qalan heç bir komanda çempion olmağı bacarmayıb. Bu statistika Madrid klubunun işinin həddindən artıq çətin olduğunu göstərir.
Qeyd edək ki, ötən mövsümdə də “Barselona” 88 xal toplayaraq “Real”ı dörd xal qabaqlamış və çempionluq sevincini yaşamışdı.
