Ronaldinyo: “10 nömrə etibarlı əllərdədir”

6 Aprel 2026 10:50
135
Ronaldinyo: “10 nömrə etibarlı əllərdədir”

“Barselona”nın sabiq hücumçusu Ronaldinyo komandanın vingeri Lamin Yamal barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, sabiq braziliyalı futbolçu gənc oyunçunun artıq dünyanın ən yaxşılarından biri olduğunu bildirib:

“O, çox gənc olmasına baxmayaraq inanılmaz keyfiyyətlər nümayiş etdirir. Buna görə də 10 nömrəli forma etibarlı əllərdədir”.

Ronaldinyo əlavə edib ki, “Barselona” Avropanın ən güclü komandalarından biri olaraq qalır və hər zaman xüsusi oyun gözləntiləri yaradır.

Qeyd edək ki, 18 yaşlı Yamal cari mövsümdə 41 oyunda 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz
Məqalədə: