İqor Ribeyro: “Neftçi” həmişə hər oyuna hazırdır” - MÜSAHİBƏ

6 Aprel 2026 12:03
112
İqor Ribeyro: “Neftçi” həmişə hər oyuna hazırdır” - MÜSAHİBƏ

“Tamamilə doğrudur. İkinci hissəyə rəqib yaxşı başladı”.

Bunu “Neftçi”nin müdafiəçisi İqor Ribeyro qol.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Misli Premyer Liqasının 26-cı turunda “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?

- Çətin oyun oldu. Belə olacağını əvvəldən də bilirdik. Çünki Sumqayıt səfərləri həmişə çətin keçir. Lakin bizim də yaxşı heyətimiz var, güclü komandayıq. Həftə boyu yaxşı çalışdıq və qələbə qazandıq.

- İkinci hissəyə rəqib fəal başladı və hesabı bərabərləşdirdi. Demək olar ki, “Sumqayıt”ın vurduğu qol “Neftçi”ni ayıltdı?

- Tamamilə doğrudur. İkinci hissəyə rəqib yaxşı başladı. Gözləmədiyimiz qol buraxdıq. Yalnız bundan sonra ayıldıq. Qapımızda gördüyümüz qola yaxşı reaksiya verdik və dərhal yenidən hesabda önə keçdik.

- Yağışın oyuna nə dərəcədə təsiri oldu?

- Hamımız uzun müddətdir futbol oynayırıq. Ona görə də bu cür hallara hazırıq.

- “Neftçi” artıq turnir cədvəlində beşincidir. Avrokuboklar şansını necə dəyərləndirirsiniz?

- Qarşıdan bizi çətin oyunlar gözləyir. Hər matça hazırlaşacağıq. İndi avrokubokları yox, yalnız qarşıdakı matçı düşünürük. İnanıram ki, oyundan oyuna qarşımıza qoyduğumuz məqsədə çatacağıq.

- Qeyd etdiyiniz kimi, qarşıda “Neftçi”ni 4 çətin oyun gözləyir – “Araz-Naxçıvan”, “Zirə” və “Qarabağ”la 2 matç. Komandanız bu sıx qrafikə nə dərəcə hazırdır?

- “Neftçi” həmişə hər oyuna hazırdır. Bu matçlara da tam gücümüzlə, ciddi şəkildə hazılaşacağıq.

- Bu 4 matçda qazanılacaq neçə xal sizi razı salacaq?

- Konkret xal demək çətindir. Çünki hər bir matç çətin keçəcək. Əlimizdən gələni edəcəyik ki, maksimum dərəcədə daha çox xal qazanacaq və qarşıya qoyulan hədəfə bir az da yaxınlaşaq.

İdman.Biz