“Sabah” “Araz-Naxçıvan”la oyunu qələbə ilə başa vurub.
İdman.Biz bildirir ki, matç 4:2 hesabı ilə Bakı komandasının xeyrinə bitib.
Bu qələbədən sonra “Sabah” 65 xalla turnir cədvəlində birinci pillədədir və “Qarabağ”ı 10 xal qabaqlayır. “Araz-Naxçıvan” 39 xalla 6-cı yerdədir.
21:15
“Sabah” “Araz-Naxçıvan”la oyunda hesab arasındakı fərqi artırıb.
İdman.Biz bildirir ki, 81-ci dəqiqədə Kahim Parris komandasının dördüncü qolunu vurub - 4:2.
20:55
“Sabah” “Araz-Naxçıvan”la oyunda ilk dəfə irəli çıxıb.
İdman.Biz bildirir ki, 62-ci dəqiqədə Coy-Lens Mikels penaltidən komandasını irəli çıxarıb - 3:2.
Qeyd edək ki, Mikels təkrar penaltidən fərqlənib. Onun ilk zərbəsini qapıçı Tərlan Əhmədli dəf etmişdi.
20:37
“Araz-Naxçıvan” - “Sabah” oyununda ikinci hissə başlayıb.
İdman.Biz bildirir ki, hələlik oyunda sülhdür - 2:2.
20:20
“Araz-Naxçıvan” - “Sabah” oyununda ilk yarı bitib.
İdman.Biz bildirir ki, hələlik oyunda sülhdür - 2:2.
20:10
“Araz-Naxçıvan” - “Sabah” oyununda hesab bir daha bərabərləşib.
İdman.Biz bildirir ki, 37-ci dəqiqədə Coy-Lens Mikels penaltidən qol vruub - 2:2.
19:59
“Araz-Naxçıvan” “Sabah”la oyunda ikinci dəfə irəli çıxıb.
İdman.Biz bildirir ki, 26-cı dəqiqədə Naxçıvan klubundan Hamidu Keyta qol vruub - 1:2.
19:46
“Araz-Naxçıvan” - “Sabah” oyununda hesab bərabərləşib.
İdman.Biz bildirir ki, 13-cü dəqiqədə Bakı klubundan Velko Simiç fərqlənib - 1:1.
19:41
“Araz-Naxçıvan” - “Sabah” oyununda hesab açılıb.
İdman.Biz bildirir ki, 7-ci dəqiqədə Naxçıvan klubundan Felipe Santos fərqlənib.
19:32
Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Araz-Naxçıvan” - “Sabah” oyunu başlayıb.
İdman.Biz bildirir ki, matç “Liv Bona Dea Arena”da keçirilir.
18:46
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 26-cı turunda “Liv Bona Dea Arena”da lider “Sabah”ı qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 19:30-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 4. Rahil Məmmədov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos 11. Ba-Muaka Simakala
Ehtiyat oyunçular: 12. Kristian Avram 34. Urfan Abbasov 8. Coşqun Diniyev 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 86. İbrahim Piriyev 16. Ramon Maçado 70. Şarl Boli 19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko
“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 11. Kahim Parris 7. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 9. Xəyal Əliyev 70. Cesse Sekidika 13. İvan Lepiniça 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos 19. Aron Maluda
Baş məşqçi: Valdas Dambrauskas
09:34
Bu gün futbol üzrə Misli Premyer Liqasının 26-cı turu çərçivəsində üçüncü qarşılaşma “Liv Bona Dea Arena” keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Araz-Naxçıvan” “Sabah”ı qəbul edəcək.
Oyun saat 19:30-da başlayacaq. “Araz-Naxçıvan” 39 xalla turnir cədvəlinin altıncı pilləsində yer alıb. 62 xala malik “Sabah” isə liderdir.
Misli Premyer Liqası
Üçüncü dövrə, 27-ci tur
7 aprel
19:30. “Araz-Naxçıvan” - “Sabah”
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Rəşad Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Liv Bona Dea Arena”
Qeyd edək ki, daha əvvəl “Qəbələ” “Kəpəz”i (2:0), “Neftçi” “Sumqayıt”ı (3:1), “Qarabağ” “Karvan-Yevlax”ı (7:0) məğlub edib.
