Qazaxıstan Futbol Federasiyası ölkənin iki tanınmış hakimi - Səncər İskakov və Tatyana Sorokopudovanın oyunlara təyinatını müvəqqəti dayandırıb.
İdman.Biz xəbər verir ki, qərar Qazaxıstan Premyer Liqasının son turunda keçirilən “Ordabası” - “Atırau” matçından sonra qəbul olunub.
Buna səbəb hakimlərin oyunlar zamanı buraxdıqları bir neçə kobud və həlledici səhv olub.
Bildirilib ki, bu səhvlər qarşılaşmada iştirak edən hər iki komandaya təsir göstərib.
Federasiya vurğulayıb ki, cəza müvəqqəti xarakter daşıyır və hakimliyin keyfiyyətinin artırılmasına, həmçinin milli turnirlərdə ədalətin təmin olunmasına xidmət edir.
