“O, bir silahdır”: Kimmix “Real”la oyundan öncə iddialı danışıb

7 Aprel 2026 09:47
154
“O, bir silahdır”: Kimmix “Real”la oyundan öncə iddialı danışıb

Almaniyanın “Bavariya” futbol klubunun və Almaniya milli komandasının müdafiəçisi Coşua Kimmix Kilian Mbappe və “Real”la keçirəcəkləri oyun barədə danışıb. O, fransalı hücumçunu təhlükəli silah adlandırıb.

İdman.Biz xəbər verir ki, Kimmix Kilian Mbappenin istənilən komandaya kömək edə biləcək bir oyunçu olduğunu bildirib.

“O, yüksək fərdi keyfiyyətlərə malikdir və Fransa millisinin kapitanıdır. Bu mövsüm o, hətta gərgin görüşlərdə belə bir çox matçın taleyini həll edib. O, bir silahdır. Mən ona qarşı çox oynamışam, nə gözlədiyimizi bilirik”, - deyə müdafiəçi bildirib.

Oyunçu bu il komandada zədəlilərin olmadığını və bunun onlara üstünlük verdiyini bildirib. O, 2024-cü ildəki ilk matçdan sonra daha böyük uğur qazanacaqlarına ümid etdiyini, lakin ikinci görüşdə “Real”ın daha yaxşı çıxış etdiyini xatırladıb:

“Biz evə daha çoxunu əldə edə biləcəyimiz düşüncəsi ilə döndük. Bütün oyunçularımızın hazır olmasına çox şadıq”.

Vinisiusla qarşıdurmasına da toxunan Kimix qeyd edib ki, söhbət təkbətək mübarizədən getmir:

“Biz bütün məsələləri bir komanda olaraq, birlikdə həll etmək istəyirik. Bilirik ki, “Real”ın çox güclü heyəti var. Onların oyunçularına hörmətlə yanaşırıq, lakin meydanda öz güclü tərəflərimizdən istifadə etməyimiz vacibdir”.

İdman.Biz