“Lill” baş məşqçisi ilə müqaviləni yeniləməmək qərarına gəlib

26 May 2026 00:41
165
“Lill” baş məşqçisi ilə müqaviləni yeniləməmək qərarına gəlib

Fransanın “Lill” klubu baş məşqçi Bruno Jenezionun istefasını rəsmi olaraq elan edib.

İdman.Biz-in məlumatına görə, klub və 59 yaşlı menecer iki ildən sonra müqavilələrini yeniləməmək qərarına gəliblər.

Rəsmi açıqlamada “Lill” komandası məşqçiyə işinə görə təşəkkür edib.

Yolları ayırmaq qərarı komanda üçün uğurlu bir mövsümdən sonra verilib.

“Lill” Fransa liqasında üçüncü yeri tutub və Çempionlar Liqasına vəsiqə qazanıb.

Jenezionun rəhbərliyi altında komanda 99 oyun keçirib, 50 qələbə, 19 heç-heçə və 30 məğlubiyyət qeydə alıb.

İdman.Biz