“Mançester Yunayted”in keçmiş oyunçusu Fil Nevill "Portland Timbers"in baş məşqçisi vəzifəsindən azad edilib.
İdman.Biz bildirir ki, bu barədə Oreqon klubunun rəsmi saytında məlumat verilib.
Nevill 2023-cü ilin noyabr ayında “Portlend Timbers”i idarə etməyə başlayıb. O vaxtdan bəri Amerika komandası onun rəhbərliyi altında 27 qələbə, 31 heç-heçə və 24 məğlubiyyət qeydə alıb. Klub hazırda MLS-də 14 xalla 13-cü yerdədir.
Nevill əvvəllər “İnter Mayami”ni çalışdırıb. O, həmçinin Kanada milli komandasında köməkçi məşqçi kimi də çalışıb.
“Portlend Timbers” tarixi ərzində bir dəfə MLS Kubokunu qazanıb.
