PSJ-nin cinah oyunçusu Xviça Kvaratsxeliya Paris klubunun Londonun “Arsenal” komandası ilə qarşılaşacağı Çempionlar Liqasının finalı ilə bağlı sualı cavablandırıb.
İdman.Biz bildirir ki, oyun mayın 30-da Budapeştdəki “Puşkaş Arena”da olacaq.
“Sona qədər mübarizə aparmalı olduğumuz bir çox oyunumuz olub və bəzi çox güclü komandaları məğlub etmişik. Əlbəttə ki, bu, çətindir, amma keyfiyyətli oyunçularımız çoxdur. Hər şeyi edə bilən oyunçularımız var, ona görə də düşünürəm ki, sadəcə özümüzə inanmalı və bu kuboku qazanmaq üçün əlimizdən gələni etməliyik”, - Xviça deyib.
PSJ turnirin hazırkı qalibidir.
