“Tottenhem Hotspur” yay transfer pəncərəsində "Benfika"nın qapıçısı Anatoli Trubini transfer etməyi planlaşdırır.
İdman.Biz bu barədə “A Bola”ya istinadən məlumat verir.
Trubin əvvəllər “Şaxtyor Donetsk” komandasına rəhbərlik etdiyi dövrdə “Tottenhem”in baş məşqçisi Roberto De Dzerbi ilə işləyib. Qapıçının klubla hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.
Trubin Çempionlar Liqasının final matçının 90+8-ci dəqiqəsində “Real Madrid”ə qarşı qol vurub. Qol standart vəziyyətdən vurulub. Bu qol "qartallar"ın Çempionlar Liqasının pley-off zonasında 24-cü yerdə qərarlaşmasına kömək edib.
Trubin ötən mövsüm “Benfika”da bütün yarışlarda 51 oyun keçirib. Transfermarkt-ın məlumatına görə, onun transfer dəyəri 25 milyon avrodur.
