Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ikinci qarşılaşmalarına start verilir

6 Aprel 2026 09:50
352
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ikinci qarşılaşmalarına start verilir

Bu gün Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ikinci oyunlarına start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk qarşılaşmada “Şəki” öz meydanında “Quba”nı qəbul edəcək. Şəki Olimpiya İdman Kompleksində keçiriləcək oyun saat 14:00-da başlayacaq. Komandaların ilk duelində “Şəki” 101:89 hesabı ilə qalib gəlmişdi.

Günün son oyununda isə “Sərhədçi” doğma azarkeşlər önündə “Naxçıvan”la qarşılaşacaq. Matç “Sərhədçi” İdman Mərkəzində saat 20:00-da start götürəcək. Bu komandalar arasında keçirilən əvvəlki görüşdə “Naxçıvan” 98:87 hesablı qələbə əldə edib.

Qeyd edək ki, pley-in mərhələsinin ikinci oyunları aprelin 7-də yekunlaşacaq.

İdman.Biz