Millilərimizin Gəncə hazırlığı başa çatdı: növbəti dayanacaq Bakı - FOTO

14 İyun 2026 12:59
87
Millilərimizin Gəncə hazırlığı başa çatdı: növbəti dayanacaq Bakı - FOTO

Azərbaycanın kişilərdən ibarət U-20 və U-18 basketbol millilərinin Gəncədə keçirilən təlim-məşq toplanışı başa çatıb.

İdman.Biz xəbər verir ki, yığmalar hazırlıq prosesinin növbəti mərhələsini Bakıda davam etdirəcəklər.

Kişilərdən ibarət milli komandanın baş məşqçisi Tahir Baxşıyev Gəncə toplanışının məhsuldar keçdiyini bildirib:

“Gəncə toplanışı məhsuldar keçdi. Qarşıda bizi Belarusla iki yoldaşlıq oyunu gözləyir. Son rəsmi oyunlarda qələbə qazanmaq üçün gücümüz də, inamımız da var”.

Kişilərdən ibarət milli komanda 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində keçirəcəyi son oyunlara hazırlaşır.

U-20 və U-18 millilərimiz isə müvafiq yaş kateqoriyaları üzrə Avropa çempionatlarına hazırlıqlarını davam etdirirlər.

İdman.Biz