53 illik həsrəti azarkeşlər iğtişaşla qeyd etdilər - VİDEO

14 İyun 2026 13:58
105
53 illik həsrəti azarkeşlər iğtişaşla qeyd etdilər - VİDEO

ABŞ-nin “Nyu-York Niks” basketbol klubunun NBA çempionluğundan sonra şəhərdə kütləvi iğtişaşlar baş verib.

İdman.Biz xəbər verir ki, komandanın 2025/2026 mövsümünün qalibi olmasının ardından minlərlə azarkeş Nyu-Yorkun mərkəzi küçələrinə axışıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə fanatların avtomobillərin hərəkətini dayandırdıqları, şüşə və qapıları sındırdıqları, eləcə də yaxınlıqdakı nəqliyyat vasitələrinə ziyan vurduqları görünür.

Bəzi azarkeşlər avtobusların üzərinə çıxıb, polis avtomobilini zədələyib və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma yaşayıblar. Hadisələrə müdaxilə etmək üçün şəhərin mərkəzinə əlavə polis qüvvələri cəlb olunub.

Qeyd edək ki, “Nyu-York Niks” NBA final seriyasının beşinci oyununda “San-Antonio Spers”i 94:90 hesabı ilə məğlub edib. Nyu-York təmsilçisi seriyada 4:1 hesablı üstünlük əldə edərək 53 illik fasilədən sonra çempion olub.

Matçın ən məhsuldar basketbolçusu “Niks”in müdafiəçisi Ceylen Branson olub. O, 45 xal, üç ribaund və üç məhsuldar ötürmə ilə yadda qalıb.

“San-Antonio Spörs”ün heyətində isə Dilan Harper 25 xal, beş ribaund və dörd məhsuldar ötürmə ilə komandasının ən yaxşı göstəricisinə sahib çıxıb.

İdman.Biz