Bu gün Azərbaycanın 3x3 basketbol üzrə qadın və kişilərdən ibarət milli komandaları Avropa Kubokunun seçmə mərhələsində mübarizəyə başlayacaq.
İdman.Biz xəbər verir ki, kişilərdən ibarət kollektiv Kosovoda təşkil olunacaq turnirdə Albaniya, Malta və San Marino ilə qarşılaşacaq.
Qadınlardan ibarət yığma isə A qrupunda Kipr və Maltanı sınağa çəkəcək.
Hər iki qrupda növbəti matçlar iyunun 14-də baş tutacaq.
