Milli Basketbol Assosiasiyasının (NBA) “Klivlend Kavalyers” komandasının hücumçusu Ceyms Harden 13 iyunda Texas ştatının Hyuston şəhərində həbs edilib.
İdman.Biz-in “New York Post” qəzetinə istinadən məlumatına görə, 36 yaşlı basketbolçu yerli polis tərəfindən saxlanılıb və qanunsuz silah gəzdirməkdə ittiham olunub.
Hyuston polis sənədində həmçinin deyilir ki, “silah göz qabağında olub və kaburada olmayıb”.
Mənbəyə görə, basketbolçu həbs olunmazdan əvvəl böyük bir qrup dostları ilə yerli barda olub.
Harden girov müqabilində azadlığa buraxılıb. Onun məhkəməyə çıxarılması 22 iyun tarixinə planlaşdırılıb.
Keçən mövsüm Harden “Kavalyers” komandasının 2018-ci ildən bəri ilk dəfə Konfrans Finalına çıxmasına kömək edib. O, orta hesabla 19,2 xal (41% meydandan, 29,9% üç xallıq məsafədən) və 5,5 məhsuldar ötürmə ilə yanaşı, oyun başına 4,7 top itirib.
