Qız basketbolçulardan ibarət “Neftçi” komandası Azərbaycan Basketbol Liqasının U-15 yaş kateqoriyası üzrə 2025/2026 mövsümünün qalibi olub.
İdman.Biz xəbər verir ki, mövsümü birinci pillədə başa vuran “Neftçi” çempion tituluna sahib çıxıb.
NTD komandası yarışın gümüş, “Sabah” isə bürünc mükafatçısı olub.
Beləliklə, ABL-in U-15 qızlar arasında keçirilən 2025/2026 mövsümünə yekun vurulub.
