“LANDAU Lions” basketbol komandası məşqçilər korpusunu idman həkimi Səbuhi Hacıyevlə gücləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Uzun illərdir idman həkimi kimi müxtəlif federasiya, klublar və idmançılarla çalışan mütəxəssis eyni zamanda Azərbaycan millisinin də həkimidir.
