ABŞ-nin “Qolden Steyt Uorriorz” basketbol klubunun lideri və oyunqurucusu Stefen Karri basketboldakı gələcəyi ilə bağlı açıqlama verib.
38 yaşlı basketbolçu qarşıda keçmişdəkindən daha az gününün qaldığını başa düşdüyünü, lakin hələ də meydanda görmək istədiyi çox şeyin olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, o bu barədə "CNBC Television"un “YouTube” kanalına müsahibəsində bildirib.
“Başa düşürəm ki, qarşıda arxada qalanlardan daha az günüm var. Amma bunda pis heç nə yoxdur. Meydanda hələ çox şey etmək istəyirəm. Mən bu oyunu hələ də sevirəm və yüksək səviyyədə oynaya biləcəyimə inanıram.
Hazırda fikrim qarşıdakı iki ili maksimum dəyərləndirməkdir. Bundan sonra isə bu yolun məni hara aparacağını görəcəyik”, - deyə Karri bildirib.
Qeyd edək ki, basketbolçunun hazırkı müqaviləsi 2026/27 mövsümünün sonunadək qüvvədədir. Karri həmin müqavilənin müddəti başa çatana qədər 62,58 milyon ABŞ dolları qazanacaq.
