“Sumqayıt” klubu ingiltərəli basketbolçu Coş Oqundeleni heyətinə qatıb.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı basketbolçu ilə ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, C.Oqundele ABŞ-nin “İova” və “Hampton” universitet komandalarında çıxış edib. 213 sm boya malik basketbolçu sonuncu kollektivdə 6,7 xal və 3,5 ribaund ortalaması ilə yadda qalıb. Oqundele 55,1% dəqiqlik göstəricisi ilə də diqqət çəkib.
