NBA-nin 37 yaşlı ulduzu, ikiqat çempion Kevin Durant karyerasını bitirmək haqqında düşünmədiyini bildirib.
İdman.Biz xəbər verir ki, “Hyuston Rokets”in hücumçusu hazırda basketboldan zövq aldığını deyib.
“Mən bu barədə heç nə düşünmürəm. Hər gün işə gəlmək mənim xoşuma gəlir. Bu yolu hər kəslə birlikdə keçmək xoşuma gəlir. Dəfələrlə dediyim kimi, mən bu günümlə yaşayıram. Bu, edə biləcəyim maksimum şeydir. Kim bilir növbəti anlarda və ya gələcəkdə nə baş verəcək? Amma hazırda işə gəlməkdən zövq alıram”, – Durant “Fullcourtpass”a bildirib.
Durant NBA-də debütünü 2007-ci ildə “Sietl Supersoniks”də edib. Sonralar “Oklahoma Siti Tander”, “Qolden Steyt Uorriorz”, “Bruklin Nets” və “Finiks Sanz”da çıxış edib. O, 2017 və 2018-ci illərdə NBA çempionu olub.
