“Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində İsveçrə yığmasına qarşı oyuna ciddi itkilərlə çıxacaq”.
Bu barədə Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingöz məlumat verib.
O, Aleksandra Mollenhauer və Arika Karterin bugünkü görüşdə oynamayacağını bildirib.
“Mollenhauerin səhhətində müəyyən problemlər var. Bildiyiniz kimi, Karter isə Yunanıstan təmsilçisi “Panatinakos”da çıxış edir. Sıx oyun təqviminə görə Bakıya gələ bilmədi. İkinci matçda isə bizimlə olacaq”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək Azərbaycan - İsveçrə görüşü saat 15:00-da başlayacaq.
