Ergin Ataman “Panatinaikos”dan gedir

15 İyun 2026 20:38
85
Ergin Ataman “Panatinaikos”dan gedir

60 yaşlı tanınmış türkiyəli mütəxəssis Ergin Ataman üç mövsüm komandanın sükanı arxasında işlədikdən sonra Afinanın “Panatinaikos” klubunun baş məşqçisi vəzifəsindən ayrılır.

İdman.Biz bu barədə klubun mətbuat xidmətinə istinadən bildirir.

Məlumata görə, Atamanın “Panatinaikos”un baş məşqçisi kimi müqaviləsinin bitməsinə bir il qalır.

Ataman baş məşqçi kimi ilk mövsümündə Afina klubuna Avroliqa çempionluğunu qazanmağa kömək edib və daha sonra komandanı 2024/25 mövsümündə Avroliqanın “Dördlər Finalı”na çıxarıb. Lakin komanda ötən mövsüm Avroliqanın Finalına çıxa bilməyib.

İşlədiyi müddətdə klub iki dəfə Yunanıstan Kuboku titulunu və 2024-cü ildə Yunanıstan çempionluğunu qazanıb.

İdman.Biz