Erlinq Holand Maykl Cordanla görüşüb - FOTO

1 Avqust 2026 00:15
102
Erlinq Holand Maykl Cordanla görüşüb

“Mançester Siti” və Norveç millisinin hücumçusu Erlinq Holand Milli Basketbol Assosiasiyasının (NBA) əfsanəvi altıqat çempionu Maykl Cordanla görüşüb.

İdman.Biz bildirir ki, Holand sosial media səhifəsində Cordanla fotosunu paylaşaraq “başlıq tələb olunmur” şərhini yazıb.

Norveç futbol üzrə 2026-cı il dünya çempionatında Braziliyanı 2:1 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib. Dörddəbir finalda Skandinaviya komandası İngiltərəyə 2:1 hesabı ilə məğlub olub. Erlinq Holand dünya çempionatında yeddi qol vurub.

Maykl bir çox idmançı və analitik tərəfindən tarixin ən böyük basketbolçusu hesab olunur. Cordan ABŞ milli komandası ilə ikiqat Olimpiya çempionudur və həmçinin beş dəfə NBA-nın müntəzəm mövsümünün Ən Dəyərli Oyunçusu (MVP) seçilib.

İdman.Biz