“Gəncə”nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində “Lənkəran” ilə keçirilən və 101:77 hesabı ilə qalib olduqları oyundan sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis rəqibi mübarizəyə görə təbrik edib.
“Bilirəm ki, iki mövsümdür ki, ağır şərtlər altında iş görməyə çalışır. Sıxıntılı dövrlərdən keçdilər. Buna baxmayaraq komanda bura qədər gəlib çıxdı. Onlar üçüm mövsüm tamamlandı. Biz yolumuza davam edirik. Oyunda bütün rotasiyamızdan istifadə etməyə çalışdıq. Hamı qələbədə pay sahibi oldu, xoşbəxtəm. Növbəti rəqibimiz “Ordu”dur. Oyun-oyun düşünüb, addım-addım hədəfimizə doğru irəliləyəcəyik. Mövsümü ən yaxşı yerdə bitirmək istəyirik”, - deyə o bildirib.
