Brianna Freyzer Sumqayıtda millimizə kömək edə bilməyəcək

12 İyun 2026 13:17
121
Brianna Freyzer Sumqayıtda millimizə kömək edə bilməyəcək

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin aparıcı üzvlərindən olan Brianna Freyzer Dünya Seriyasının Sumqayıt mərhələsində iştirak edə bilməyəcək.

İdman.Biz report.az-a istinadən xəbər verir ki, əzələ zədəsi ilə üzləşən B.Freyzerin 2-3 həftə müalicə alacağı, bu səbəbdən Sumqayıtda təşkil olunacaq beynəlxalq turnirdə iştirak etməyəcəyi qeyd olunub.

Dünya Seriyası iyunun 20-21-də Sumqayıt Bulvarında baş tutacaq.

İdman.Biz