Sumqayıt Dünya Qadın Seriyasına ev sahibliyi edəcək

11 İyun 2026 19:35
95
Sumqayıt Dünya Qadın Seriyasına ev sahibliyi edəcək

“3x3 Women’s Series”in növbəti turunun ünvanı məlum olub.

İdman.Biz bildirir ki, dünyanın müxtəlif ölkələrindən güclü 3x3 komandaları 20–21 iyun tarixlərində Sumqayıt Bulvarında mübarizə aparacaq.

Azərbaycan və “Neftçi SOCAR” komandaları doğma azarkeşlər önündə mübarizə aparacaq.

İştirakçı komandaları təqdim edirik:

“Neftçi SOCAR”, Almaniya, Avstraliya, Avstriya, Ukrayna, Yaponiya, Çili, “Yanjing”, Slovakiya, Tailand, Misir, Sloveniya, Litva, Azərbaycan, Paraqvay.

Qeyd edək ki, ötən ilin avqustunda da Sumqayıt Dünya Qadın Seriyasına ev sahibliyi edib.

İdman.Biz