3x3 basketbol üzrə millimizin aparıcı simalarından olan Aleksandra Molenhauer növbəti tarixi uğura imza atıb.
İdman.Biz bildirir ki, FIBA-nın yenilənmiş dünya reytinqinə əsasən, Molenhauer 3x3 basketbol üzrə dünyanın bir nömrəli oyunçusu seçilib.
Məlumat üçün bildirək ki, 5 yaşında Azərbaycana gələn və burada böyüyən Aleksandra basketbolun sirlərini də məhz Azərbaycanda öyrənib.
Qeyd edək ki, Aleksandra reytinq xallarına əsasən ilk pillədə yer alıb.

