A Seriyası: “Napoli” “Milan”ı məğlub edərək ikinci yerə yüksəlib - YENİLƏNİB + VİDEO

7 Aprel 2026 00:49
1 075
A Seriyası: “Napoli” “Milan”ı məğlub edərək ikinci yerə yüksəlib

İtaliya A Seriyasının 31-ci turunun “Napoli” və “Milan” komandaları arasında keçirilən oyun başa çatıb. Oyun “Napoli”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşma Neapoldakı “Dieqo Armando Maradona” stadionunda keçirilib.

Matteo Politano matçın yeganə qolunu 79-cu dəqiqədə vurub.

Bu oyundan sonra “Napoli” 65 xalla İtaliya yüksək divizionunda ikinci, “Milan” isə 63 xalla üçüncü yerdədir.

22:06

İtaliya A Seriyasının 31-ci turunda Turinin “Yuventus” və “Cenoa” komandaları arasında keçirilən oyun başa çatıb. “Bianconeri” oyunu 2:0 hesabı ilə qazanıb.

Oyun Turinin “Allianz” stadionunda baş tutub.

Bremer dördüncü dəqiqədə “Yuventus”a hesabı açıb. 17-ci dəqiqədə Veston Makkenni komandanın fərqini ikiqat artırıb. 75-ci dəqiqədə qonaq komandanın oyunçusu Aaron Martin penaltidən yararlana bilməyib.

Bu oyundan sonra “Yuventus” 57 xalla İtaliyanın yüksək liqasında beşinci, “Cenoa” isə 33 xalla 14-cü yerdədir.

19:11

İtaliya A Seriyasının 31-ci turunda “Leççe” öz meydanında “Atalanta”nı qəbul edib.

Matç 3:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Bu qələbədən sonra 53 xal toplayan “Atalanta” 7-ci yerdədir. 27 xal toplamış “Leççe” 18-ci yerdə qərarlaşıb.

17:56

İtaliya A Seriyasının 31-ci turunda “Udineze” öz meydanında “Komo”nu qəbul edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmada 0:0 hesabı ilə bitib.

Bu nəticədən sonra “Udineze” 40 xalla turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. “Komo” isə 58 xalla dördüncü sırada yer alır.

İdman.Biz
Məqalədə: