“Sabah” basketbol klubunun U-18 komandası gənclər arasında Çempionlar Liqasında mübarizəyə start verib.
İdman.Biz-in məlumatına görə, Azərbaycan təmsilçisi B qrupundakı ilk oyununda Bosniya və Herseqovinanın “İqokea” komandası ilə üz-üzə gəlib.
Laktasi şəhərində baş tutan qarşılaşma rəqibin 88:58 hesablı qələbəsi ilə bitib.
Azərbaycan təmsilçisi qrupdakı növbəti oyununu sabah “Porşe BBA Lyudviqsburq”a (Almaniya) qarşı keçirəcək.
Xatırladaq ki, reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.
12:55
Bu gün “Sabah” basketbol klubunun U-18 komandası gənclər arasında Çempionlar Liqasında mübarizəyə start verir.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupundakı ilk oyununda Bosniya və Herseqovinanın “İqokea” kollektivi ilə üz-üzə gələcək.
Görüş Laktasi şəhərində keçiriləcək və start fiti Bakı vaxtı ilə saat 19:30-da səslənəcək.
Azərbaycan təmsilçisi qrupdakı növbəti oyununu sabah “Porşe BBA Lyudviqsburq”a (Almaniya) qarşı keçirəcək.
Qeyd edək ki, reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.
