Georgi Kondruseviç: “Gəncə”yə növbəti mərhələdə uğurlar arzulayıram”

7 Aprel 2026 17:50
179
Georgi Kondruseviç: “Gəncə”yə növbəti mərhələdə uğurlar arzulayıram”

“Lənkəran”ın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasında pley-in mərhələsində “Gəncə” ilə keçirilən və 77:101 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis mövsümü yeni ildən əvvəl və sonra olmaqla iki hissəyə böldüyünü söyləyib.

“Bu, iki fərqli komandadır və səbəbləri də heyətdə olan itkilər idi. “Lənkəran” azarkeşlərinə ən çətin vaxtlarda belə bizə verdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm. Onlara böyük sağ olun düşür! Həqiqətən də əla idilər. Bu gün hamı çalışdı…, amma rəqib demək olar ki, hər şeydə bizdən üstün idi. “Gəncə”yə növbəti mərhələdə uğurlar arzulayıram.

Oyunçularımızı da xüsusi qeyd etmək istəyirəm. Çünki yaranmış şəraitdə həm fiziki, həm də psixoloji baxımdan mübarizə aparmaq asan deyil. Onlar sona qədər çalışdılar və mübarizə apardılar, buna görə onlara təşəkkür edirəm”, - deyə o bildirib.

İdman.Biz