“Şəfa”nın kapitanı: “Növbəti oyunumuz bərbad stadionda olacaq”

10 Aprel 2026 16:09
140
“Şəfa”nın kapitanı: “Növbəti oyunumuz bərbad stadionda olacaq”

“Azərbaycan Birinci Liqasında çıxış edən “Şəfa” futbol klubu çempionluq yolunda işin 70-80 faizini həll edib”.

Bunu komandanın kapitanı Tərlan Quliyev deyib.

“Artıq işin 70-80 faizini həll etmişik. Növbəti turda səfərdə “Baku Sportinq”lə üz-üzə gələcəyik. Həmin meydan olduqca bərbaddır. Buna baxmayaraq, orada da maksimum nəticə qazanmaq niyyətindəyik. Çempionluğu tez rəsmiləşdirmək istəyirik. Bunu nə qədər tez bacarsaq, bizim üçün yaxşı olacaq”, - deyə o, report.az-a açıqlamasında deyib.

33 yaşlı müdafiəçi Birinci Liqada “Ayın qolu” layihəsinin qalibi olması ilə bağlı da danışıb:

“Bu, mənim üçün sevindirici haldır. Vurduğum qola səs verən, dəstək olan, təbrik edən insanlara təşəkkür edirəm. Dünən oyundan əvvəl sevindim. Həmin qarşılaşmada “Səbail”i məğlub etməyimiz ikiqat sevinc oldu”.

Qeyd edək ki, “Şəfa” hazırda Birinci Liqada 48 xalla liderdir. İkinci sıradakı “Baku Sportinq”in 40 xalı var.

İdman.Biz