Premyer Liqaya vəsiqə uğrunda həlledici oyun kim idarə edəcək? - TƏYİNATLAR + FOTO

25 May 2026 16:49
119
Premyer Liqaya vəsiqə uğrunda həlledici oyun kim idarə edəcək? - TƏYİNATLAR + FOTO

Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda keçiriləcək oyunun təyinatları bəlli olub.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı FIFA referisi Tural Qurbanov idarə edəcək.

Ona Cəmil Quliyev və Asiman Əzizli kömək göstərəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. VAR-da Rəvan Həmzəzadə, AVAR-da Teymur Teymurov əyləşəcək.

Rəhim Həsənov hakim-inspektor, Elçin Mehtiyev AFFA nümayəndəsi olacaq.

Xatırladaq ki, "Qəbələ" - "Mingəçevir" oyunu mayın 28-də, saat 18:30-da "SOCAR Polymer Arena"da keçiriləcək.

İdman.Biz