Azərbaycanın minifutbol millisi Avropa çempionatından əvvəl son məşqinə çıxıb - FOTO

25 May 2026 14:44
113
Azərbaycanın minifutbol millisi Avropa çempionatından əvvəl son məşqinə çıxıb

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatı öncəsi Bakıda son məşqini keçirib.

İdman.Biz xəbər verir ki, hazırlıq prosesində komandanın bütün üzvləri iştirak ediblər və məşq media nümayəndələri üçün açıq olub.

Baş məşqçi Elşad Quliyevin rəhbərliyi altında futbolçular əvvəlcə isinmə hərəkətlərini yerinə yetirib, daha sonra müxtəlif məşq tapşırıqları üzərində çalışıblar.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı mayın 27-dən iyunun 4-dək Slovakiyada keçiriləcək. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə qarşılaşacaq.

İdman.Biz