Peşəkar Futbol Liqası Coy-Lens Mikelsə mükafat təqdim edib - FOTO

25 May 2026 15:23
105
Peşəkar Futbol Liqası Coy-Lens Mikelsə mükafat təqdim edib

Misli Premyer Liqasında 2025/2026 mövsümünün bombardiri Coy-Lens Mikelsə xüsusi hədiyyə təqdim olunub.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bildirilib ki, ona mükafatı PFL prezidenti Elxan Səmədov təqdim edib.

Qeyd edək ki, "Sabah"ın almaniyalı hücumçusu 19 qolla Premyer Liqada son mövsümün ən sərrast futbolçusu olub.

İdman.Biz