Braziliya Medialiqasında(minifutbol çempionatı) “Dibradosa” və “Flukso” komandaları arasında keçirilən oyunda qorxulu epizod yaşanıb.
İdman.Biz xəbər verir ki, “Dibradosa”nın qapıçısı Luan Teles topu uzaqlaşdırmaq istəyərkən ayağını yüksək qaldıraraq rəqib futbolçunun başına sərt zərbə endirib.
Bu hərəkətinə görə qolkiper dərhal qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Hadisə meydanda ciddi narahatlıq yaradıb. Xoşbəxtlikdən, zərərçəkən futbolçu həkimlərin yardımından sonra meydanı özü tərk edə bilib.
