Uğursuz nəticələrə baxmayaraq, “Sumqayıt”ın baş məşqçisi Saşa İliç müqaviləsinin sonunadək komandada qalacaq.
“Gənclik şəhəri” təmsilçisinin mətbuat katibi Zaur Xudiyev AZƏRTAC-a bildirib ki, klub rəhbərliyi serbiyalı mütəxəssislə istefa barədə hər hansı görüş keçirməyib.
“Belə bir toplantı planlaşdırılmayıb. O, hazırda komanda ilə birgə məşqlərdə iştirak edir. Ən azı müqaviləsinin sonunadək, yəni bu ilin iyul ayına qədər komandada qalaraq fəaliyyətini davam etdirəcək”.
Qeyd edək ki, “Sumqayıt” hazırda Premyer Liqanın turnir cədvəlində 32 xalla yeddinci pillədə qərarlaşıb.
