Azərbaycan Premyer Liqası: “Zirə” “Şamaxı”ya qarşı

7 Aprel 2026 09:24
201
Azərbaycan Premyer Liqası: “Zirə” “Şamaxı”ya qarşı

Bu gün futbol üzrə Misli Premyer Liqasının 26-cı turu çərçivəsində ikinci qarşılaşma Zirə İdman Kompleksinin stadionuda keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Zirə” “Şamaxı”nı qəbul edəcək.

Oyun saat 17:15-də başlayacaq. “Zirə” 42 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alıb. 30 xala malik “Şamaxı” isə səkkizincidir.

Misli Premyer Liqası
Üçüncü dövrə, 27-ci tur
7 aprel
17:15. “Zirə” - “Şamaxı”

Hakimlər: Elçin Məsiyev, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov.
VAR: Rauf Cabarov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, daha əvvəl “Qəbələ” “Kəpəz”i (2:0), “Neftçi” “Sumqayıt”ı (3:1), “Qarabağ” “Karvan-Yevlax”ı (7:0) məğlub edib.

İdman.Biz
Məqalədə: