“İmişli” klubunun əsas qapıçısı Andrey Sinenka zədə alıb.
İdman.Biz xəbər verir ki, Belaruslu qolkiper Misli Premyer Liqasının 26-cı turunda “Turan Tovuz”a qarşı keçirilən görüşdə xəsarət alaraq oyunu davam etdirə bilməyib.
O, 83-cü dəqiqədə Hüseynəli Quliyevlə əvəzlənib.
Qeyd edək ki, qarşılaşmada hazırda hesab 1:1-dir.
