Qarabağ Futbol Akademiyasının bir sıra oyunçuları 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət alıblar.
İdman.Biz xəbər verir ki, milliyə dəvət olunan futbolçular bunlardır: Şahismayıl Cəfərov, Əli Bəşirov, Hikmət Cəbrayılzadə, Əliəkbər Rzazadə, Eltun Babazadə, Uğur Qurbanlı, Bilal Hacıyev və Abduləziz Cabbarlı.
Qarabağ Futbol Akademiyasının futbolçuları 13-26 aprel tarixlərində Qəbələdə təlim-məşq toplanışında iştirak edəcəklər. Hazırlıq prosesi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 Dünya Çempionatına hazırlığın bir hissəsidir.
Azərbaycan U-20 milli futbol komandası bu toplanış çərçivəsində qarşıdakı beynəlxalq yarışlara hazırlığı davam etdirəcək.
