Azərbaycan Premyer Liqası: “İmişli” “Turan Tovuz” ilə üz-üzə

7 Aprel 2026 09:18
186
Azərbaycan Premyer Liqası: “İmişli” “Turan Tovuz” ilə üz-üzə

Bu gün futbol üzrə Misli Premyer Liqasının 26-cı turunun oyunu “İmişli” “Turan Tovuz” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 15:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Cavid Cəlilov idarə edəcək.

“İmişli” 22 xalla turnir cədvəlinin doqquzuncu pilləsində yer alıb. 48 xala malik “Turan Tovuz” isə üçüncüdür.

Misli Premyer Liqası
Üçüncü dövrə, 27-ci tur
7 aprel
15:00. “İmişli” - “Turan Tovuz”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Quba OİK stadionu

Qeyd edək ki, daha əvvəl “Qəbələ” “Kəpəz”i (2:0), “Neftçi” “Sumqayıt”ı (3:1), “Qarabağ” “Karvan-Yevlax”ı (7:0) məğlub edib.

İdman.Biz