İspaniyanın “Barselona” futbol komandasının qapıçısı Voytsex Şensnı La Liqa çərçivəsində keçirilən “Atletiko” ilə qarşılaşmada qeyri-etik hərəkəti ilə gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, təcrübəli qolkiper ehtiyat oyunçular skamyasında oturduğu vaxt tərkibində nikotin olan vasitədən istifadə edib.
Kataloniyalıların qapıçısı oyunun gedişatını izləyərkən darıxdığı üçün əlcəklərinin arasından tərkibində snus çıxararaq (tütün və ya nikotin tərkibli, kiçik paketlərdə satılan və adətən üst dodağın altına yerləşdirilərək istifadə edilən bir maddədir) üst dodağının altına yerləşdirib. Şensnı bu hərəkətinin nəzərdən qaçması üçün komanda yoldaşı, 20 yaşlı Runi Bardjini onu “ört-basdır” etməyə çağırıb. Lakin həmin an qapıçıya yönəlmiş xüsusi kamera hər şeyi anbaan qeydə alıb.
