“Mançester Yunayted”də Maquayr qərarı

7 Aprel 2026 15:47
112
“Mançester Yunayted”də Maquayr qərarı

İngiltərənin “Mançester Yunayted” futbol klubunun rəhbərliyi müdafiə xəttinin təcrübəli siması Harri Maquayrla bağlı yekun qərarını verib.

İdman.Biz "BBC Sporta istinadən xəbər verir ki, 33 yaşlı mərkəz müdafiəçisinin mövcud müqaviləsi bu mövsümün sonunda başa çatmalı idi. Yeni razılaşma ilə Maquayr ən azı daha bir il “qırmızı şeytanlar”ın heyətində çıxış edəcək. Tərəflər arasında imzalanan yeni sözləşmə “1+1” sxemi üzrə nəzərdə tutulub.

2019-cu ildə “Lester Siti”dən 80 milyon funt-sterlinqə (180 milyon AZN) transfer edilən futbolçu, indiyədək “Mançester Yunayted” formasında 266 matça çıxıb. O, komanda ilə Liqa Kuboku və İngiltərə Kubokunu qazanıb. Uzun müddət tənqidlərin hədəfində olan və bir müddət kapitanlıq sarğısından məhrum edilən Maquayr, son aylarda nümayiş etdirdi performansla yenidən rəğbət qazanıb.

Son aylarda Maykl Kerrikin rəhbərliyi altında ardıcıl 10 oyunda start heyətində meydana çıxaraq əsl "dirçəliş" dövrünü yaşayan Maquayr, kluba sadiqliyini bu sözlərlə ifadə edib:

“Mançester Yunayted”i təmsil etmək ən yüksək şərəfdir. Bu inanılmaz klubdakı səyahətimi ən azı səkkiz mövsümə qədər uzatdığım üçün şadam. İnanıram ki, birlikdə keçirəcəyimiz ən gözəl anlar hələ qarşıdadır”.

Klubun futbol direktoru Ceyson Vilkoks Kazemironun gözlənilən gedişi fonunda Harrinin liderlik keyfiyyətlərinin gənc heyət üçün çox vacib hesab edib.

İdman.Biz