Madriddə şok mübadilə: “Real” Kamavinqanı Entsoya dəyişmək istəyir

7 Aprel 2026 16:49
133
Madriddə şok mübadilə: “Real” Kamavinqanı Entsoya dəyişmək istəyir

İspaniyanın “Real” futbol klubu yay transfer pəncərəsi üçün səs-küylü mübadilə planını işə salıb.

İdman.Biz "L’Equipe" nəşrinə istinadla xəbər verir ki, "Kral klubu" heyətini "Çelsi"nin ulduzu Entso Fernandeslə gücləndirmək niyyətindədir.

Madrid təmsilçisi argentinalı yarımmüdafiəçini transfer etmək üçün London klubuna Eduardo Kamavinqanı təklif edib. "Real" 23 yaşlı fransalı oyunçunu 50 milyon avro (100 milyon AZN) dəyərində qiymətləndirir.

Məlumata görə, "ağ-qaralar" Entsonu bu yay heyətinə qatmaq üçün Kamavinqa ilə yanaşı, "Çelsi"yə ciddi məbləğdə nağd pul ödəməyə də hazırdır.

İdman.Biz