Dani Olmo milyonları rədd edib “Barselona”da qaldı

6 Aprel 2026 01:19
162
Dani Olmo milyonları rədd edib “Barselona”da qaldı

“Barselona” futbol komandasının yarımmüdafiəçisi Dani Olmo karyerasını Kataloniya klubunda davam etdirmək qərarına gəlib. 27 yaşlı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Qadisiya” klubundan gələn rəsmi təklifi geri çevirib.

İdman.Biz İspaniyanın “Sport” nəşrinə istinadla xəbər verir ki, ərəb klubu Olmo üçün “Barselona”ya 60 milyon avro (117.6 milyon AZN) ödəməyə hazır olub. Futbolçunun özünə isə illik 9,5 milyon avro (18.6 milyon AZN) maaşla dördillik müqavilə təklif edilib.

Buna baxmayaraq, may ayında 28 yaşı tamam olacaq yarımmüdafiəçi hazırda "La Liqa"da lider olan komandasında qalmağa üstünlük verib.

İdman.Biz