Bu gün AFFA-nın Apellyasiya Komitəsinin iclası keçirilib.
İclasda “Ağdaş” FK tərəfindən daxil olmuş apellyasiya müraciətinə və klub tərəfindən təqdim olunmuş əlavə sənədlərə baxılıb.
Qeyd edək ki, “Ağdaş” FK-ya Lisenziya Komissiyasının 08.05.2026-cı il tarixli qərarına əsasən, İkinci Liqa yarışlarında iştirak etmək üçün lisenziya verilməmişdi.
Müzakirələrdən sonra “Ağdaş” FK-ya 2026/2027-ci il mövsümündə İkinci Liqa yarışlarında iştirak etmək üçün lisenziya verilməsi barədə qərar qəbul olunub.
