“Liverpul”un tarixində 5-ci

Xəbərlər
2 Yanvar 2024 09:42
112
“Liverpul”un tarixində 5-ci

Məhəmməd Salah "Liverpul"un heyətində İngiltərə Premyer Liqasında 150-ci qolu vurub.

İdman.biz xəbər verir ki, misirli hücumçu XX turun "Nyukasl"la matçında dubla imza atıb.

Bu qarşılaşmada "Liverpul" 4:2 hesabı ilə qalib gəlib. Salah bununla da klubdakı qol sayını 151-ə çatdırıb.

O, "Liverpul"un tarixinə İngiltərə çempionatlarında ən azı 150 qol vuran 5-ci futbolçu kimi düşüb. Klubun mütləq rekordçusu Rocer Hant 244 qol vurub. Qordon Hocson 233, Yan Raş 229, Billi Liddel 215 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Salah İngiltərə çempionatının Premyer Liqa adlandığı 1992-ci ildən sonrakı dövr üçün "Liverpul"un ən yaxşı bombardiridir.

İdman.biz

Məqalədə: