Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının(AFFA) 34-cü Hesabat Konfransından sonra assosiasiya rəhbərliyi mətbuat nümayəndələrini maraqlandıran sualları cavablandırıb.
Mətbuat nümayəndələri ilə təmas zamanı AFFA prezidenti Rövşən Nəcəf İdman.Biz saytının AFFA-nın kadr siyasəti, həmçinin Nazim Süleymanov, Tərlan Əhmədov, Emin Quliyev və Mahmud Qurbanov kimi tanınmış mütəxəssislərin işlə təmin olunması imkanlarına dair suala cavab verib.
“Gəlin reallığı qəbul edək ki, biz peşəkar karyerasını başa vuran hər bir futbolçunu işlə təmin edə bilmərik. Bütün istəyimizə baxmayaraq, bu mümkün deyil. Üstəlik, bu məsələ yalnız AFFA-nın deyil, həm də futbol klublarının və ümumilikdə idman ictimaiyyətinin səlahiyyətinə daxildir.
Səyləri yalnız bir neçə ad ətrafında cəmləşdirmək düzgün olmazdı. Bu halda digər futbolçularla bağlı sual yaranacaq. Bu isə karyerasını başa vurmuş digər oyunçulara qarşı ədalətsizlik olardı”, - deyə AFFA prezidenti bildirib.
