Azərbaycan millisinin sabiq futbolçusu Tural Cəlilov karyerasını 39 yaşında başa vurub.
Bu barədə məlumatı sport24.az-a futbolçunun özü verib:
“Karyeramı başa vurdum. Növbəti mövsüm də “Şimal”da məşqçi kimi işləyəcəm”.
Qeyd edək ki, Cəlilov ötən mövsüm Birinci Liqa “Şimal”da oynayan məşqçi olub. O, 2008-ci ildə dörd oyunda Azərbaycan millisinin formasını geyinib.
